Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qrossi: Soyuq müharibə dövründəki miqyasda nüvə silahlanması yarışı müşahidə olunmur
Qrossi: Soyuq müharibə dövründəki miqyasda nüvə silahlanması yarışı müşahidə olunmur

Hazırkı nüvə sahəsindəki vəziyyət soyuq müharibə dövründəki silahlanma yarışı ilə müqayisə oluna bilməz. Bununla belə, dünyada nüvə başlıqlarının sayı tədricən artmağa başlayır.

Bizimyol.info xəbər verir ki, bu fikri Beynəlxalq Atom Enerjisi Agentliyinin (МАГАТЭ) baş direktoru Rafael Qrossi səsləndirib.

O, İsveçrənin “Le Temps” qəzetinə müsahibəsində bildirib ki, “hazırda 1980-ci illərin əvvəllərində müşahidə olunan miqyasda real nüvə silahlanması yarışının içində olduğumuzu düşünmürəm”.

Qrossinin sözlərinə görə, dünyada “nüvə arsenalının genişlənməsi” prosesi gedir və bəzi ölkələr nüvə silahına sahib olmaqdan imtina siyasətinə yenidən baxmağı düşünür. O vurğulayıb ki, belə bir şəraitdə nüvə silahının yayılmaması rejiminin qlobal şəkildə qorunması əvvəlkindən daha vacibdir. Bununla yanaşı, Qrossi etiraf edib ki, mövcud şərtlər daxilində “nüvə silahsızlanması perspektivi uzaq görünür”.

ABŞ 5 fevral 2026-cı ildə müddəti başa çatan və Moskva ilə Vaşinqton arasında nüvə silahlarının yerləşdirilməsini məhdudlaşdıran son beynəlxalq hüquqi mexanizm olan Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (ДСНВ) uzadılması ilə bağlı Rusiyanın təklifini qəbul etməyib.

Rusiyanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Gennadi Qatilov mətbuata açıqlamasında bildirib ki, Vaşinqton bu müzakirələr çərçivəsində özü üçün daha sərfəli şərtlər əldə etməyə, həmçinin Çini yeni nüvə razılaşmalarına cəlb etməyə çalışır. Diplomat qeyd edib ki, ABŞ-ın bu məsələdə uğur qazanmaq şansı böyük deyil.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »