Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İİKK Hərbi Dəniz Qüvvələri gəmilərə Hörmüz boğazına yaxınlaşmamağı tövsiyə edib
İİKK Hərbi Dəniz Qüvvələri gəmilərə Hörmüz boğazına yaxınlaşmamağı tövsiyə edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri Fars körfəzi bölgəsindəki bütün gəmilərə təhlükəsizlik baxımından Hörmüz boğazına yaxınlaşmamağı tövsiyə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İİKK Hərbi Dəniz Qüvvələrinin bəyanatında bildirilir.

“Hörmüz boğazı bağlanıb və gəmilər boğaza yaxınlaşmamalıdır. Əks halda onların təhlükəsizliyi risk altında olacaq”, - deyə bəyanatda qeyd edilib.

Bundan əvvəl İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı Tehranın Hörmüz boğazını bağladığını açıqlayıb. Bildirilib ki, buna səbəb İsrailin ABŞ ilə imzalanmış memorandumun pozulması fonunda Livana qarşı davam edən hücumlarıdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »