Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərakçi və Dar İslamabad razılaşmasını müzakirə edib
Ərakçi və Dar İslamabad razılaşmasını müzakirə edib

İranın xarici işlər naziri Seyid Abbas Ərakçi pakistanlı həmkarı ilə telefon danışığında diplomatik proses və müharibənin dayandırılmasına dair razılaşmanın icrasını müzakirə edib.

bizimyol.info xəbər verir ki, İranın xarici işlər naziri Seyid Abbas Ərakçi cümə günü günortadan sonra Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.

Görüş zamanı İran XİN rəhbəri Pakistanın diplomatik danışıqlardakı səylərinə, təşəbbüslərinə və xoşməramlı vasitəçilik roluna görə təşəkkürünü bildirib.

Ərakçi həmçinin ABŞ-nin, o cümlədən Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması ilə bağlı məsuliyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, razılaşmada nəzərdə tutulan öhdəliklərin pozulmasına görə məsuliyyət ABŞ-nin üzərinə düşəcək və belə bir hal baş verərsə, bunun müəyyən nəticələri və mümkün təsirləri olacaq.

Pakistanın xarici işlər naziri isə aparılan diplomatik prosesi müsbət qiymətləndirdiklərini, danışıqları dəstəklədiklərini və müsbət, davamlı nəticələrin əldə olunacağına ümid etdiklərini bildirib.

Tərəflər həmçinin ikitərəfli məsələləri nəzərdən keçirərək məsləhətləşmələrin və təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »