Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ–İran anlaşmasının məzmunu artıq bəzi dünya liderlərinə məlumdur
ABŞ–İran anlaşmasının məzmunu artıq bəzi dünya liderlərinə məlumdur

Mark Karnei bildirib ki, ABŞ və İran arasında hazırlanmış, lakin hələ rəsmi şəkildə açıqlanmayan anlaşma memorandumu artıq bir sıra dünya liderlərinə, o cümlədən G7 sammitində iştirak edən dövlət başçılarına təqdim olunub.

Bizimyol.info xəbər verir ki, Kanada Baş naziri qeyd edib ki, o sənədlə tanışdır və razılaşmanı ümumilikdə müsbət qiymətləndirir. Onun sözlərinə görə, bu anlaşma İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün baza yaradır və eyni zamanda Yaxın Şərqdə iqtisadi inteqrasiyanın mərhələli şəkildə bərpasına şərait yarada bilər.

Karnei həmçinin bildirib ki, sənəd Livandakı vəziyyətin tənzimlənməsi baxımından da mühüm addım kimi qiymətləndirilir. O, razılaşmanı “ümumilikdə müsbət irəliləyiş” adlandırıb.

Məlumata görə, ABŞ administrasiyası sənədin tam mətnini hələ ictimaiyyətə açıqlamayıb. Bu isə bəzi siyasətçilər arasında tənqidlərə və razılaşmanın detalları ilə bağlı müxtəlif ehtimallara səbəb olub.

Bəzi mənbələrə görə, ABŞ və İran arasında əldə olunan anlaşma 60 günlük atəşkəs rejimini və müəyyən mərhələli öhdəlikləri nəzərdə tutur. Həmçinin bu müddət ərzində İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi planlaşdırılır.

Məlumatlarda qeyd olunur ki, vasitəçi rolunda çıxış edən Pakistan prosesdə tərəflər arasında əlaqələndirici funksiyanı yerinə yetirir. Razılaşmanın rəsmi imzalanmasının yaxın günlərdə Cenevrədə baş tuta biləcəyi bildirilir.

Eyni zamanda bəzi diplomatik mənbələr ABŞ-ın regionda hərbi gərginliyi azaltmaq və Yaxın Şərqdə genişmiqyaslı münaqişəni dayandırmaq niyyətini ön plana çıxarır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »