Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov və Əraqçi İran–ABŞ razılaşma memorandumunu müzakirə edib
Lavrov və Əraqçi İran–ABŞ razılaşma memorandumunu müzakirə edib

Sergey Lavrov və Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı İran ilə ABŞ arasında mümkün razılaşma memorandumu və mövcud gərginliyin tənzimlənməsi məsələləri müzakirə olunub.

Bizimyol.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Abbas Əraqçi danışıqlar zamanı memorandumun detallarını rusiyalı həmkarına izah edib. O, ABŞ-ın sənəd üzrə öhdəlikləri düzgün yerinə yetirməsinin vacibliyini vurğulayıb və bölgədə gərginliyin azalması üçün addımların zəruri olduğunu bildirib.

Məlumatda həmçinin qeyd olunur ki, İran tərəfi Yaxın Şərqdə vəziyyətə, xüsusilə də Livanla bağlı proseslərə diqqət çəkib və İsrailin hərbi əməliyyatlarının dayandırılmasının vacibliyini gündəmə gətirib.

Danışıqlar zamanı tərəflər yalnız İran–ABŞ münasibətlərini deyil, həm də ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.

Rəsmi məlumatlara görə, görüşdə əsas diqqət Yaxın Şərqdə gərginliyin azaldılması və diplomatik kanalların saxlanılmasına yönəlib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »