Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KTMT: “Kollektiv Qərb beynəlxalq hüquqla manipulyasiya edir”
KTMT: “Kollektiv Qərb beynəlxalq hüquqla manipulyasiya edir”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-nın (KTMT) baş katibi Taalatbek Masadykov bildirib ki, “kollektiv Qərb” öz maraqlarına uyğun şəkildə beynəlxalq hüquqdan istifadə edərək manipulyasiya edir və bu, qlobal strateji sabitliyin əsaslarını zəiflədir.

Bizimyol.info xəbər verir ki, o, bu fikirləri Minskdə keçirilən “Milli Təhlükəsizlik. Belarus – 2026” sərgisinin açılış mərasimində səsləndirib.

Masadykovun sözlərinə görə, hazırda beynəlxalq mühit getdikcə daha mürəkkəb və proqnozlaşdırılması çətin xarakter alır. Onun fikrincə, mövcud qlobal təhlükəsizlik arxitekturası ciddi şəkildə sarsılıb.

Baş katib əlavə edib ki, beynəlxalq hüququn siyasi məqsədlər üçün istifadə olunması strateji sabitliyə zərbə vurur və dünya üzrə təhlükəsizlik risklərini artırır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »