Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tayvan ilk döyüş dron eskadronunu yaradır: hərbi modernləşmə sürətlənir
Tayvan ilk döyüş dron eskadronunu yaradır: hərbi modernləşmə sürətlənir

Tayvan hakimiyyəti ilk dəfə olaraq döyüş təyinatlı pilotsuz uçuş aparatlarından (PUA) ibarət eskadron formalaşdırmağa hazırlaşır.

Bizimyol.info xəbər verir ki, ada administrasiyasının rəhbəri Lai Ching-te bildirib ki, yeni hərbi bölmənin gələn ay artıq yaradılması planlaşdırılır.

Məlumata görə, yeni eskadron Tayvan Silahlı Qüvvələrinin modernləşdirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi çərçivəsində formalaşdırılır. Məqsəd orduda innovativ texnologiyaların tətbiqini genişləndirmək və döyüş imkanlarını artırmaqdır.

Bildirilib ki, yeni bölmənin tərkibinə 126 hərbçi daxil olacaq və ona podpolkovnik rütbəli zabit komandanlıq edəcək. Lakin hələlik eskadronun silahlanmasına daxil ediləcək dronların sayı və konkret tipləri açıqlanmayıb.

Tayvan son illərdə pilotsuz uçuş aparatları sahəsində hərbi potensialını sürətlə artırır. 2025-ci ilin avqustunda ada ABŞ-dan ilk "Altius-600M" tipli döyüş dron partiyasını qəbul edib. Yerli mediaya görə, yaxın dövrdə Tayvanın ABŞ-dan əlavə olaraq "Altius-700M" və digər modellərin alınmasını genişləndirməsi gözlənilir.

Eyni zamanda, Tayvan öz istehsalı olan pilotsuz sistemlərin inkişafına da davam edir və müdafiə sənayesində yerli istehsalın payını artırmağa çalışır.

Tayvanın statusu isə beynəlxalq siyasətdə mübahisəli olaraq qalır. Ada 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur, lakin Pekin onu Çin Xalq Respublikasının tərkib hissəsi hesab edir. ABŞ isə 1979-cu ildə rəsmi diplomatik əlaqələri dayandırsa da, Tayvanla qeyri-rəsmi hərbi və texniki əməkdaşlığı davam etdirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »