Gənclərin inkişafına və maliyyə savadlılığının artırılmasına daim dəstək verən Yelo Bank, növbəti sosial layihəsini reallaşdırıb. Bank bu dəfə qapılarını LANDAU məktəbinin şagirdləri üçün açıb.
Bir həftə davam edən proqram çərçivəsində şagirdlər hər gün Bankın müxtəlif strukturlarında qonaq olub, daxili iş proseslərini yaxından izləyib və komanda ilə birlikdə real iş təcrübəsi qazanıblar. Bu praktiki yanaşma gənclərə bankçılıq sahəsinin funksiyalarını dərindən anlamaq imkanı yaradıb.
Layihənin yekun mərhələsi şagirdlərin maliyyə savadlılığının artırılmasına həsr olunub. Keçirilən təlimdə gənclərə büdcə planlaması, maliyyə hədəflərinin müəyyənləşdirilməsi və xərclərin düzgün tənzimlənməsi metodları öyrədilib. İnteraktiv keçən müzakirələrdə şagirdlər real həyat nümunələri üzərindən maliyyə qərarlarını necə qəbul etməli olduqlarını mənimsəyiblər.

Proqramın yekununda gənc iştirakçılara uğurlu fəaliyyətlərinə görə sertifikatlar təqdim olunub. Yelo Bank gələcək nəslin peşəkar inkişafına və maliyyə dünyasına inteqrasiyasına yönəlmiş bu növ layihələri davam etdirməyi hədəfləyir.
Bankdan lombard krediti əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!






