Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kənd təsərrüfatı sahəsini dirçəltmək üçün amerikalıları dəvət edək, onsuz da GMO yeyib xəstə düşmüşük"
"Kənd təsərrüfatı sahəsini dirçəltmək üçün amerikalıları dəvət edək, onsuz da GMO yeyib xəstə düşmüşük"

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərbaycanın kənd təsərrüfatında mövcud problemlərin həlli üçün xarici ekspertlərin dəvətini perspektivli addım hesab edir. Onun fikrincə, sahəyə sərf olunan investisiyalar yalnız məhsuldarlığın artırılmasına deyil, həm də strateji əhəmiyyət kəsb edən ərzaq təhlükəsizliyinə xidmət edəcək. Həsənquliyev ABŞ vitse-prezidenti Ceyms Vensin səfərini ölkəmiz üçün potensial faydalı imic və diplomatik imkan kimi qiymətləndirir. Deputat həmçinin keçmiş Çin tərəfdaşlıqlarında gözlənilən investisiyaların reallaşmamasını xatırladaraq, ABŞ-la iqtisadi əlaqələrin konkret nəticələrə çevrilməsinin vacibliyini vurğulayır. Deputat deyir ki: “Yaxşı olar ki, biz bu sahəni idarə edə bilən adamları ABŞ-dən və digər yerlərdən ölkəmizə dəvət edək. Onlar bu sahədə kök salmış problemləri aradan qaldırsınlar”.

“Ağ partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info portalına açıqlamasında bildirib ki, ümumiyyətlə bütün məmurları Yaponiyadan gətirsək yaxşı olar: “Bütün məmurları dəyişək, yaponlara verək ölkənin idarə edilməsini. Amerikanın 51-ci ştatı olaq.

İsrailə də yavaş-yavaş bütün sahələri veririk. Digər sahələri də hansısa ölkəyə verək. Daha müstəqil dövlət niyə oluruq? Bilirsiniz, bu məsələlərin həlli belə olmur. Latın Amerikasında Peru adlı bir ölkə var. Orada Yaponiyadan gələn mühacirlər yaşayır. Əsasən ölkənin idarə edilməsində yaponları seçirlər ki, bəlkə Perunu "ağ gün"ə çıxararlar. Amma Peru ağ günə çıxmır. Amerikanın 51-ci ştatı olaq, ya da İsrailin burada nə bilim nəyi olaq.

Mən təklif edirəm ki, bütün məmurları verək, Yaponlara gəlsinlər, yaponlar burada nazir olsun. Hamısı yapon olsun. Bəlkə ağ günə çıxaq. Bu cür yanaşma çıxış yolu deyil axı. Bilmirəm, bunlar nə yeyirlər, nə danışırlar. Sistem dəyişməlidir. Özümüz seçim etməliyik. Xalq düzgün seçim etməli, ölkənin taleyində iştirak etməlidir. Amma xalq gözləyir ki, müxalifət onun yerinə addım atsın”.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Siyasi iqtidarın bir hissəsi deyir ki, "biz hər şeyi yaxşı bilirik", bir hissəsi deyir ki, "amerikalıları dəvət edək", bir hissəsi deyir ki, "müqavilələr imzalayaq, bu sahələri İsrailə həvalə edək". Belə bir ölkədə yaşayırıq. Özümüzü regionun lider ölkəsi adlandırırıq. Özümüzü Gürcüstanla, Ermənistanla müqayisə edirik. Daha başqa müqayisələrə baxmırıq. Ölkəmizi Norveçlə müqayisə etmirik. Belə də baxanda geri qalırıq.

Onsuz da GMO yeyirik. Əhalinin bir qismi xərçəng, digər qismi şəkərdir. Kənd təsərrüfatını da amerikalılara versinlər. Ən azından Qüdrət müəllim də sevinsin ki, onun təklifi qəbul edilir”-deyə Əhəd Məmmədli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »