Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın siyasəti Əli Xameneinin obrazını dəyişdi: tənqid edilən liderdən “şəhid” simvoluna
ABŞ-ın siyasəti Əli Xameneinin obrazını dəyişdi: tənqid edilən liderdən “şəhid” simvoluna

Tehranda aviazərbələr nəticəsində öldürüldüyü bildirilən İranın ali dini lideri ayətullah Əli Xamenei ilə vida mərasimi keçirilir. Ekspertlər mərasimi böyük siyasi aksiya kimi qiymətləndirir və bildirirlər ki, İran hakimiyyəti bu tədbirlə dini rəhbərlik ətrafında cəmiyyətin həmrəyliyini nümayiş etdirməyə çalışır.

Bizimyol.info xəbər verir ki, “Bloomberg” yazdığına görə, İran dövləti mərasimə həm ölkə vətəndaşlarını, həm də xarici liderləri dəvət etməklə Xamenei ilə vidanı dini institutların möhkəmləndirilməsi istiqamətində simvolik addıma çevirmək istəyir.

Analitiklərin fikrincə, ABŞ və İsraillə qarşıdurma fonunda İran rəhbərliyi Xameneinin ictimai obrazını dəyişdirməyə çalışıb. Uzun illər tənqid olunan və sərt idarəçilik sistemi ilə əlaqələndirilən lider indi hakimiyyət tərəfindən “şəhid” obrazında təqdim edilir.

Ekspertlər qeyd edirlər ki, bu cəhdlər rejimin üzləşdiyi dərin problemləri aradan qaldırmır. Ölkə iqtisadiyyatında böhran, yüksək inflyasiya və sosial narazılıq davam edir. Yeni rəhbərlik bir tərəfdən gənc nəslin tələb etdiyi dəyişikliklərə cavab verməli, digər tərəfdən isə İnqilab Keşikçiləri Korpusu kimi güc strukturlarının nəzarətini qorumağa çalışmalıdır.

Siyasi müşahidəçilər hesab edirlər ki, müharibə şəraitində yaranan müvəqqəti birlik və “şəhidlik” ideyası İranın uzunmüddətli problemləri üçün həll yolu deyil. Ölkənin gələcəyi hakimiyyətin təbliğatından daha çox, milyonlarla iranlının iqtisadi bərpa, korrupsiya ilə mübarizə və sosial məsələlər üzrə formalaşdıracağı gündəlikdən asılı olacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »