Türkiyənin paytaxtı Ankarada NATO-nun 36-cı Liderlər Sammiti bu gün işə başlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi görüşdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla 31 müttəfiq ölkənin liderləri iştirak edir.
Bizimyol.info xəbər verir ki, iki gün davam edəcək Sammitdə NATO-nun gələcəyi, müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi əsas müzakirə mövzuları olacaq.
NATO Baş katibi Mark Rutte müttəfiqlərdən 2035-ci ilədək ÜDM-lərinin 5 faizini müdafiəyə ayırmaqla bağlı öhdəliklərin icrası üçün konkret planlar təqdim etmələrini gözlədiyini bildirib. O, həmçinin müdafiə imkanlarının artırılması üçün yeni böyük müqavilələrin elan olunacağını açıqlayıb.
Rusiya-Ukrayna müharibəsi fonunda keçirilən Sammitdə Ukraynanın hava hücumundan müdafiə ehtiyacları da diqqət mərkəzində olacaq.
Ankarada keçirilən görüş NATO-nun gələcək strategiyasının müəyyənləşdirilməsi və Türkiyənin Alyansdakı rolunun gücləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Bizimyol.info






