Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp NATO sammitinə Ərdoğana hörmət əlaməti olaraq qatılıb
Tramp NATO sammitinə Ərdoğana hörmət əlaməti olaraq qatılıb

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankaraya yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan hörmətinə görə yollanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanal xatırladıb ki, Tramp daha əvvəl Ərdoğanı dostu hesab etdiyini açıq şəkildə bəyan etmişdi. Məlumat görə, ABŞ prezidentinə və komandasının üzvlərinə qeyri-rəsmi kanallarla bildirilib ki, sammitdə iştirakdan imtina edilməsi Ərdoğana qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər.

Bildirilir ki, Tramp əvvəlcə NATO müttəfiqləri ilə görüşə skeptik yanaşırdı. Buna səbəb isə onun alyans üzvlərinin bir çoxunun ABŞ-ın İranla münaqişəsi zamanı Vaşinqtonu dəstəkləməməsindən narazı qalması olub.

Telekanakın mənbələri bu səbəbdən sammitin ABŞ prezidentinin "pis əhval-ruhiyyəsi" fonunda problemsiz keçəcəyinə tam əmin olmadıqlarını bildiriblər.

Gözlənilir ki, Donald Tramp çərşənbə axşamı səhər Ankaraya çatacaq. Türkiyə tərəfi onun qarşılanması üçün yüksək səviyyəli rəsmi mərasim hazırlayıb.

Yerli müşahidəçilərin fikrincə, Ərdoğan və Tramp danışıqlardan sonra ayrıca birgə mətbuat konfransı keçirəcəklər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »