Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynadan Avropaya hərbi silah axını təhlükəsi artır
Ukraynadan Avropaya hərbi silah axını təhlükəsi artır

Ukraynadakı münaqişənin başa çatması Avropa ölkələrinə hərbi təyinatlı silahların qanunsuz daşınmasının kəskin artmasına səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı Böyük Britaniyanın "Obsidian" Analitik Araşdırmalar Bürosu (Obsidian Research Bureau - ORB) analitik mərkəzinin araşdırmasına istinadən məlumat yayıb.

Araşdırmada bildirilir ki, Ukrayna hakimiyyəti indiyədək 593 min ədəd silahın itirildiyini qeydə alıb. ORB vurğulayır ki, bu rəqəm yalnız sənədlərlə təsdiqlənmiş itkiləri əks etdirir.

Hesabatda qeyd olunur ki, artıq qanunsuz silah daşınması üçün sabit marşrutlar formalaşıb. Əsas tranzit istiqamətləri Moldova və Rumıniya üzərindən keçən Balkan marşrutu, Türkiyə dəhlizi, eləcə də Qara dəniz limanları, xüsusilə Odessa hesab olunur.

“Ukraynadakı münaqişə 1990-cı illərdə Balkan müharibələri dövründə yaranmış qanunsuz ticarət marşrutlarını yenidən canlandırıb və genişləndirib”, – deyə araşdırmada bildirilir.

ORB-nin məlumatına görə, təkcə 2025-ci ilin yanvar-aprel aylarında Avropa İttifaqının sərhədlərində 2 mindən çox silah, o cümlədən atıcı silahlar və tank əleyhinə raket kompleksləri müsadirə edilib.

Analitik mərkəz hesab edir ki, yaxın dövrdə Avropanın qara bazarına çoxlu sayda hücum tüfəngləri və partlayıcı maddələr daxil ola bilər. Bu isə cinayətkar qruplaşmaların silahlanma səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »