ABŞ İranla danışıqlar aparmır, lakin iki tərəf arasında təmaslar olub.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bildirib.
"Hazırda onlarla danışıqlar aparmırıq, amma təmaslar olub", - deyə o, CNBC-yə verdiyi müsahibədəqeyd edib.
Vitkoff İranla bağlı razılaşmanın başa çatmalı olduğuna inandığını, əks halda "bütün dünya üçün pis günlərin qabaqda olduğunu" söyləyib. "Ümid edək ki, konsensus əldə olunacaq", - deyə o, yekunlaşdırıb.
Qadir, Bizimyol.info






