Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzər dənizində suyun çəkilməsi Bakı bulvarının mənzərəsini dəyişir – Gözəllik itir, yoxsa sadəcə dəyişir?
Xəzər dənizində suyun çəkilməsi Bakı bulvarının mənzərəsini dəyişir – Gözəllik itir, yoxsa sadəcə dəyişir?

Son illərdə Xəzər dənizinin Azərbaycan sahillərində müşahidə olunan suyun çəkilməsi artıq daha aydın və narahatedici hal alıb. Bakı bulvarından dənizə baxdıqda əvvəlki illərdə beton maneələrə qədər çatan su indi xeyli geri çəkilib.

Bulvarın bir çox hissələrində sahil xətti nəzərəçarpacaq dərəcədə dəyişib. Suyun geri çəkilməsi nəticəsində torpaq və qumlu ərazilərin üzə çıxması, əvvəl görünməyən çökəklik və daşlıqların ortaya çıxması şəhərin ən məşhur gəzinti məkanının vizual görünüşünə təsirsiz ötüşmür.

  • Bakı bulvarı gözəlliyini itirir?

Bu suala birmənalı cavab vermək çətindir. Bir tərəfdən, sahildəki mənzərə əvvəlki kimi estetika yaratmır, çünki dəniz xətti bulvara daha uzaq düşür. Üzə çıxan quru sahələr, çirkli çöküntülər və dəniz dibinin açıq görünməsi bulvarın ümumi görüntüsündə disharmoniya yaradır. Suya yaxın yürüş və istirahət hissi əvvəlki kimi deyil.

Digər tərəfdən isə, mütəxəssislər bildirir ki, Xəzərdə suyun səviyyəsinin azalması təbii hidrometeoroloji prosesdir və dövri olaraq yüzilliklər boyu dəyişikliklər baş verib. Bu proses bəzən qarşısı alınmayan, bəzən isə uzunmüddətli trend şəklində davam edən təbii haldır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »