Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kinorejissor Ayaz Salayev: "Qələbədən sonra milli mədəniyyətimizin əhəmiyyəti daha çox önəm qazanır"
Kinorejissor Ayaz Salayev: "Qələbədən sonra milli mədəniyyətimizin əhəmiyyəti daha çox önəm qazanır"

Milli Məclisin komitələrinin birgə iclasında Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib ki, mədəniyyət sahəsinə nə qədər vəsait ayrılsa da, ehtiyaclar tam ödənməyəcək. Abidələrin bərpası planlı şəkildə aparılmalıdır, lakin 2026-cı il üçün kinoya heç bir vəsait ayrılmayıb. Bu, sahənin inkişafını və mütəxəssislərin iş yerlərini riskə atır. Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək Milli Məclisin sədr müavini Rəfael Hüseynov da bu narahatlığı bölüşərək, Azərbaycan kinosunun tarixi uğurlarını xatırladıb və sahənin inkişafı üçün imtiyazların, vergi güzəştlərinin vacibliyini vurğulayıb. Qeyd edək ki, Prezident İlham Əliyevin 20 aprel 2022 tarixli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb.

  • Həqiqətən də kino sahəmizdə çatışmazlıq sadəcə ayrılan büdcədirmi?
  • 2026-cı il üçün dövlət büdcəsində kinoya vəsait ayrılmaması kino sahəsinə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Azərbaycan kinorejissoru və kinoşünası Ayaz Salayev bildirib ki, kino milli kimliyimizin bir hissəsidir: “Kino yalnız sənət növü deyil, milli kimliyimizin bir hissəsidir. Milli mədəniyyətə hörmətlə yanaşmaq lazımdır. Qələbədən sonra onun əhəmiyyəti daha çox önəm qazanır. Bu gün dünyada informasiya müharibələri fonunda kino, həqiqətlərin çatdırılması və mədəniyyətimizin tanıdılması üçün əvəzsiz vasitəyə çevrilib. Bu baxımdan kinoya diqqət lazımdır. Söhbət təkcə vəsaitdən getmir. Bu sahəyə hörmət və diqqət vacibdir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »