Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eyyub Kərimli: "Neftin ucuzlaşması iqtisadiyyatı neftdən asılı ölkələr üçün risk yarada bilər"
Eyyub Kərimli: "Neftin ucuzlaşması iqtisadiyyatı neftdən asılı ölkələr üçün risk yarada bilər"

Yaxın Şərqdə gərginliyin azalacağı gözləntiləri fonunda son aylarda Brent markalı neftin qiyməti nəzərəçarpacaq dərəcədə ucuzlaşıb.

Analitiklər hesab edirlər ki, 2027-ci ildə neft hasilatının tam bərpası qlobal bazarda təklif artıqlığı yaradacaq və qiymətlərə əlavə təzyiq göstərəcək. Proqnozlara görə, bu şəraitdə Brent neftinin qiyməti 60 dollar səviyyəsinə qədər enə bilər.

  • Neft qiymətlərinin uzunmüddətli ucuzlaşması neft ixrac edən ölkələrin iqtisadiyyatına necə təsir göstərə bilər?

“Neft qiymətlərinin ucuzlaşması, ilk növbədə, iqtisadiyyatı əsasən neft ixracından asılı olan və qeyri-neft sektorunu kifayət qədər inkişaf etdirməyən ölkələr üçün müəyyən risklər yarada bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Eyyub Kərimli danışıb.

Onun sözlərinə görə, bu təsirlər xüsusilə gəlirlərinin böyük hissəsini neftdən əldə edən dövlətlərdə daha qabarıq hiss olunacaq.

Ekspert hesab edir ki, son illərdə qeyri-neft sektorunun inkişafını prioritet istiqamətə çevirən, bu sahəyə investisiyaları artıran və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl addımlar atan ölkələr isə qiymət dəyişikliklərindən daha az zərər görəcəklər. Belə iqtisadi model neft bazarındakı dalğalanmaların təsirini minimuma endirməyə imkan verir.

Eyyub Kərimli deyir ki, hazırda qlobal bazarda neft təklifinin artması qiymətlərə enmə təzyiqi yaratsa da, yaxın perspektivdə kəskin ucuzlaşma gözlənilmir. Onun fikrincə, mövcud şəraitdə əsas məsələ iqtisadiyyatın neftdən asılılığını azaltmaq və yeni məşğulluq imkanlarını məhz qeyri-neft sektoru hesabına genişləndirməkdir.

"Bu istiqamətdə həm Azərbaycanın, həm də ümumiyyətlə neft istehsal etməyən bir sıra ölkələrin uğurlu təcrübələri var. Ona görə də neft qiymətlərindəki dəyişiklikləri faciə kimi qəbul etmək düzgün olmaz.

Əsas məsələ iqtisadiyyatın dayanıqlığını gücləndirmək və alternativ inkişaf istiqamətlərini genişləndirməkdir", – deyə iqtisadçı vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »