Koreya Xalq Demokratik Respublikası Yapon dənizinə doğru ballistik raket atıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat verib.
Bu, iyunun əvvəlində Cənubi Koreyada hakimiyyətə gələn prezident Li Jae-myung dövründə ilk buraxılış idi. Əvvəlki ballistik raket buraxılışı mayın 8-də baş tutub. Bu il beş buraxılış həyata keçirilib.
Raket növü hələ müəyyən edilməyib; Koreya Respublikası ordusu uçuş məsafəsini təhlil edir.
Yaponiyanın yeni baş naziri Sanae Takaiçi jurnalitlərə: "Bizim Hava Hücumundan Müdafiə Qüvvələrimiz heç bir uçuş aşkar edilməyib", - deyə bildirib. Baş nazir həmçinin ölkənin Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə Pxenyanın yeni raket buraxılışı ilə bağlı məlumatların toplanması və təhlilini gücləndirməyi tapşırıb.
Bundan əvvəl Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığını bəyan etmişdi.
Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti gələn həftə Cənubi Koreyanın Kyoncu şəhərində keçiriləcək.
Qadir, Bizimyol.info






