Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oxu eynəklərinə alternativ tapılıb
Oxu eynəklərinə alternativ tapılıb

Beyinəlxalq tədqiqatçılar qrupu yaxın görmə qabiliyyətini yaxşılaşdıran və oxu eynəklərinə olan ehtiyacı azaldan göz damcılarının geniş miqyaslı tədqiqatının nəticələrini təqdim edib.

Bizimyol.info xəbər verir ki, bu dərman yaxın obyektlərə diqqəti cəmləməyi çətinləşdirən yaşla bağlı görmə pozğunluğunun – presbiopiyanın müalicəsi üçün hazırlanıb.

Tədqiqatda 766 xəstə iştirak edib. İlk istifadədən bir saat sonra onların əksəriyyəti görmə qabiliyyətini yoxlamaq üçün istifadə edilən "Jaeger" cədvəlində bir neçə sətir daha oxuya bilib.

Tərkibində göz bəbəyini daraldan və gözün diqqətini cəmləmə qabiliyyətini artıran pilokarpin, həmçinin iltihabı və narahatlığı azaldan diklofenak olan bu damcılar gündə iki dəfə, zərurət yaranarsa, axşam üçüncü doza olaraq istifadə edilirdi.

Tədqiqatın rəhbəri, Argentinadakı Qabaqcıl Presbiyopiya Tədqiqat Mərkəzinin müdirı doktor Giovanna Benozza bildirib ki, yaxşılaşma sürətli olub və iki illik müşahidə dövrü ərzində davam edib. Orta hesabla görmə "Jaeger" şkalası üzrə 3,45 sətir yaxşılaşıb.

Alimlər vurğulayır ki, bu yeni üsul cərrahi müdaxiləni əvəz etmir, lakin eynəklərə rahat və təhlükəsiz alternativ ola bilər. Bu, bir çox xəstəni eynək taxmaqla bağlı yaranan narahatlıq və sosial məhdudiyyətlərdən azad edə bilər.

Tədqiqatın nəticələri Avropa Katarakt və Refraktiv Cərrahlar Cəmiyyətinin 43-cü Konqresində təqdim edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »