Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa ilə ABŞ arasında “Azadlıq heykəli” qalmaqalı: “Biz olmasaydıq, bu gün almanca danışırdınız”
Fransa ilə ABŞ arasında “Azadlıq heykəli” qalmaqalı: “Biz olmasaydıq, bu gün almanca danışırdınız”

Amerika ilə Fransa arasında “Azadlıq heykəli” qalmaqalı böyüyür. Fransız siyasətçi Rafael Qluksman ABŞ hökumətinin Rusiya-Ukrayna müharibəsilə bağlı son davranışlarını “zalımların yanında yer almaq” kimi dəyərləndirərək, vaxtilə Fransanın Amerikaya hədiyyə etdiyi heykəli geri tələb edib.

Bizimyol.info xəbər verir ki, fransız siyasətçinin bu tələbinə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə cavab verib. “Prezident Tramp “Azadlıq heykəli”ni Fransaya qaytaracaqmı?” sualına mətbuat katibi “kəskin şəkildə yox” cavabını verib.

Ağ Evin sözçüsü İkinci Dünya Müharibəsində baş verənləri xatırladaraq əlavə edib: “Fransızlar bu gün almanca danışmırlarsa, bunun tək səbəbi Amerika Birləşmiş Ştatlarıdır. Bu səbəbdən də bizim ölkəyə minnətdar olmalıdırlar”.

Fransız siyasətçi Rafael Qluksman heykəli geri tələb etmələrini belə əsaslandırıb: “Zalımların yanında yer almağı seçən, elmi azadlıq tələb edən araşdırmaçıları işdən çıxaran amerikalılara bunu deyirik: bizə “Azadlıq heykəli”ni geri verin!”

Fransa 1884-cü ildə iki ölkə arasında ittifaqın xatirəsinə görə Amerikaya “Azadlıq heykəli”ni hədiyyə edib. Heykəlin inşası 1886-cı ildə tamamlanıb. Abidəni fransız heykəltaraş Ogüst Bartoldi hazırlayıb. Nyu-Yorkda ucaldılan “Azadlıq heykəli” Nyu-Yorkun və ABŞ-nin əsas simvollarından biri hesab edilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »