Polşa Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün yeni raketlər verməyi planlaşdırmır.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk bildirib.
Onun sözlərinə görə, qərar Polşanın öz ehtiyatlarının məhdud olması ilə bağlıdır. "Bu raketlərdən böyük ehtiyatımız yoxdur. Hazırda belə bir tədarük nəzərdə tutulmur", – deyə Tusk bildirib.
Baş nazir xatırladıb ki, Varşava daha əvvəl NATO və ABŞ ilə koordinasiya çərçivəsində Ukraynaya "Patriot" raketləri göndərib. O vurğulayıb ki, yeni raket tədarükündən imtina edilməsinə baxmayaraq, Polşa Ukraynaya dəstəyini davam etdirəcək.
"Baş nazir olduğum müddətdə Polşa Rusiyaya qarşı müharibədə Ukraynaya fəal dəstək verməyə davam edəcək", – deyə Donald Tusk qeyd edib.
Bizimyol.info






