Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Axios: Netanyahu ABŞ-dan süni intellekt çiplərinin İsrailə ixracına məhdudiyyətlər qoymamasını istəyib
Axios: Netanyahu ABŞ-dan süni intellekt çiplərinin İsrailə ixracına məhdudiyyətlər qoymamasını istəyib

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın ticarət naziri Hovard Latnikdən İsrailə süni intellekt (AI) çiplərinin ixracına qoyulan məhdudiyyətlərdən azad olunmasını istəyib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Verilən məlumata görə, İsrail hakimiyyəti ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının yəhudi dövlətini ABŞ-dan süni intellekt çiplərinin tədarükünə çıxışı məhdudlaşdırılacaq ölkələr siyahısına daxil etmək qərarından “son dərəcə narahatdır”. Portalın fikrincə, bu, həm İsrailin beynəlxalq aləmdəki nüfuzuna, həm də texnologiyaların və ölkənin müdafiə sənayesinin inkişafına mənfi təsir göstərə bilər.

İsrail rəsmiləri arasından “Axios” mənbəsinin sözlərinə görə, məhdudiyyətlərin üç aydan gec olmayaraq qüvvəyə minməli olduğunu nəzərə alaraq, yəhudi dövləti ümid edir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp bununla bağlı istisna edəcək. Portalın mənbələri qeyd edir ki, Latnik fevralın əvvəlində ABŞ-a səfəri zamanı Netanyahu ilə görüşdə bu məsələni müzakirə edib, lakin “heç bir vəd verməyib”.

“Axios” ilə danışan Tramp administrasiyasının yüksək rütbəli rəsmisi ABŞ-ın yaxın gələcəkdə Netanyahunun xahişini yerinə yetirəcəyinə şübhə ilə yanaşdığını bildirib. "Biz indi ixrac məhdudiyyətlərinə istisnalar etməyə başlaya bilmərik, çünki bu, milli təhlükəsizlik məsələsidir və bu, böyük əhəmiyyət kəsb edir", - deyə o vurğulayıb. Eyni zamanda, portal qeyd edir ki, Bayden 20-yə yaxın ölkə - ABŞ-ın müttəfiqləri, o cümlədən Yaponiya, Kanada və Britaniya üçün istisnalar edib ki, onlar Amerikanın AI çiplərini məhdudiyyətsiz idxal edə biləcəklər.

Yanvar ayında Bayden administrasiyası ölkədə istehsal olunan yarımkeçiricilərin və AI texnologiyalarının xaricə ixracı qaydalarını təsdiqləyib. ABŞ Ticarət Nazirliyinin bir hissəsi olan Sənaye və Təhlükəsizlik Bürosunun bəyanatında vurğulanır ki, yeni qaydaları təsdiq etməklə Bayden administrasiyası “süni intellekt texnologiyalarının onlardan ABŞ-a qarşı istifadə edə biləcək zərərli aktorların əlinə keçməsinin qarşısını almağa” ümid edir. məlumatda bildirilir ki, məhdudiyyətlər İsrail və İsveçrə də daxil olmaqla 120 ölkəni əhatə edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »