Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İqlim dəyişikliyinə qarşı mübarizədə bank-maliyyə institutlarının üzərinə mühüm vəzifə düşür" - Video
"İqlim dəyişikliyinə qarşı mübarizədə bank-maliyyə institutlarının üzərinə mühüm vəzifə düşür" - Video

COP29-un əsas bank tərəfdaşı ABB, konfrans çərçivəsində təyin olunan "yaşıl zona"da öz pavilyonu ilə iştirak edib.

ABB-nin mətbuat katibi Yadigar Cəfərli Bizimyol.info xəbər portalına COP29 konfransında iştirak mövzusu üzrə müsahibə verib: "ABB olaraq, biz COP29-un əsas bank tərəfdaşıyıq. Bu tərəfdaşlıq çərçivəsində COP29-un keçirildiyi məkanda "Yaşıl Zona"da öz pavilyonumuzla təmsil olunuruq. COP29 müddətində ABB pavilyonunda maraqlı tədbirlər, müzakirələr keçiriləcək və müxtəlif imza mərasimləri olacaq, yeni tərəfdaşlıqların əsası qoyulacaq. Biz də maksimum çalışacağıq ki, bu imkandan faydalanaq və ətraf mühitə bank olaraq öz töhfələrimizi verək.

Bizim üçün çox maraqlı təcrübədir və gələcək fəaliyyətimizdə bunu geniş şəkildə istifadə edəcəyik. İqlim dəyişikliklərinə qarşı mübarizə məsələlərində bank-maliyyə institutlarının üzərinə çox mühüm vəzifə düşür. Qazanacağımız təcrübə bizə imkan verəcək ki, bu vəzifələrimizi daha effektiv şəkildə praktiki formalarda yerinə yetirə bilək".

Orxan Musa, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »