Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siri, Aleksa və Cortana kimi süni intellektlər niyə adətən qadın səsi ilə "danışırlar"?
Siri, Aleksa və Cortana kimi süni intellektlər niyə adətən qadın səsi ilə "danışırlar"?

Siri, Cortana, Aleksa və "Google Assistant" kimi süni intellekt köməkçilərinin adətən qadın səsinə sahib olduğunu heç görmüsünüzmü? Bəs niyə kişilər yox, qadınlar?

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, süni intellekt köməkçiləri hər birimizin gündəlik həyatımızda dəstək aldığımız köməkçilər arasındadır. O qədər ki, bu texnologiya demək olar ki, bütün suallara cavab verir və onlara cavab vermək üçün əlindən gələni edir.

Bəs niyə bu texnologiyada qadın səslərindən istifadə olunur?

Əslində bu köməkçilərin qadın seçilməsi təsadüfi deyil

Məhz, Birləşmiş Millətlər Təşkilatı 2019-cu ildə bu məsələ ilə bağlı hesabat dərc edir və hesabatda qeyd edilir ki, bu köməkçilərin mülayim və itaətkar qadın obrazlarını təqlid etməsi istifadəçiləri qadınlara qarşı oxşar gözləntilərə salır.

Eyni sual texnologiya şirkətlərinə də verildikdə cavab budur ki, istifadəçilər qadın səslərinə daha çox güvənirlər.

Müxtəlif araşdırmalar göstərir ki, insanlar səsin cinsini cəmi 5 saniyə ərzində dərk edə bilirlər və bu qavrayışdan sonra müəyyən gender stereotipləri əsasında mühakimə yürütürlər.

Yəni, süni intellektli köməkçilərin kişi səsindən çox qadın səsinin olması istifadəçilərdə köməkçilərin daha yardımçı və cəbedici olduğunu düşünməyə vadar edir

Kişi səsləri isə qadınların tam əksi olaraq güclü və nüfuzlu kimi qəbul edilir. Bu, insanların süni intellekt köməkçilərini cinsi ayrıseçkiliyə görə qiymətləndirməyə meylli olduğunu göstərir.

Bir sözlə, qadın səsləri ümumiyyətlə daha faydalı və etibarlı kimi qəbul edilir, daha avtoritar vəzifələrdə isə kişi səslərinə üstünlük verilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »