Suriya rəsmiləri ilə görüşmək üçün Dəməşqə səfər edən İranın xarici işlər naziri Abbas Ərakçi Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
BBizimyol.info "mehr" agentliyinə istinadən xəbər verir ki, bu görüşdə tərəflər sionist rejimin (İsrail) Livana hücumlarının dayandırılması, livanlılara ictimai və rəsmi səviyyədə yardım və dəstək verilməsi yollarını müzakirə ediblər.
Bu görüşdə Bəşər Əsəd İran və Suriya arasındakı strateji əlaqələri, həmçinin onun region və xalqlarının üzləşdiyi ağır vəziyyət və təhdidlərlə, xüsusilə sionist rejimin ərəb torpaqlarını işğalı, Suriyada, Livanda, Fələstində dinc əhaliyə qarşı cinayətləri ilə mübarizədəki əhəmiyyətini vurğulayıb.
Əraqçı isə Livan və Fələstində İsrail rejiminin ölüm və məhv maşınına qarşı müqavimətin gücünə güvənməyin vacibliyini, həmçinin bu hücumları dayandırmaq üçün bütün dəstək verən ölkələrlə koordinasiyanın vacibliyini vurğulayıb.
Əraqçı bu gün Dəməşqdə Suriyanın xarici işlər naziri Bassam əs-Sabbaq ilə də ikitərəfli əlaqələr və regional məsələləri müzakirə edib.
Qadir, Bizimyol.info






