Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranın təhlükəsizlik və kəşfiyyat təşkilatları Amerika, İsrail və İngiltərənin nəzarəti altında idi" - Video
"İranın təhlükəsizlik və kəşfiyyat təşkilatları Amerika, İsrail və İngiltərənin nəzarəti altında idi" - Video

Əhməd Nejatın dediyi sözlər yeni deyil. Çünki Əhməd Nejat bu sözləri 8 il əvvəl demişdi və yerli mətbuatda geniş şəkildə yayılmışdı. O da bu idi ki, "İsrailin İranın kəşfiyyat orqanlarında çox böyük nüfuz var və adamı var. Hər yerdə o adamlarını yerləşdirib. Və İranda heç bir gizli xəbər yoxdur ki, İsrailin ondan xəbəri olmasın. Elə 8 il əvvəl Parisdə bir nəfər vardı ki, zindanda olmuşdu və mənə danışırdı ki, İranda xüsusi bölgənin rəhbəri olmuş Mossad-ın məmuru onun zindan yoldaşı olub. İddia edirdi ki, bundan hökumətin xəbəri var idi. O, deyirmiş ki, mən gizli məmur deyildim, iki tərəfli məmur idim. Həm İrana, həm İsrailə işləyirdim". Əhməd Nejat həmçinin deyib ki, İranın Təhlükəsizlik təşkilatları, kəşfiyyat təşkilatları "iylənmiş kəşfiyyat dəstəsi"dir. Onları "iylənmiş kəşfiyyat qruplaşması" adlandırıb”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli fəal, siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, Əhməd Nejatın müavinlərindən biri də şübhəli hesab edilirdi: “Əhməd Nejata müxalif olanlar deyirdilər ki, Əhməd Nejatın müavinlərindən biri İsrail agentidir. Əhməd Nejat getdi və həbs edilmədi”.

Maşallah Rəzmi Maşallah Rəzmi

Maşallah Rəzmi deyir ki, İrandakı kəşfiyyat orqanlarına nüfuz inqilab zamanından bəri var: “Şah zamanında Şahın kəşfiyyatını israillilər və amerikalılar yaratmışdı. Həmin şəxslər professional idilər, xarici dil bilirdilər. Öz işlərini planlı şəkildə görürdülər. İnqilabdan sonra Əli Xamenei zamanında deyildi ki, “o şəxslərin ki, əli qana batmayıb, qayıdıb gəlsinlər işlərinin başına”. Onlar öz işlərinə qayıtdılar və demək olar ki, Amerika, İsrail və İngiltərə ilə öz münasibətlərini qoruyub saxlaya bildilər. Amma 45 ildir ki, gizli şəkildə...”

Maşallah Rəzmi hesab edir ki, İranın təhlükəsizlik və kəşfiyyat təşkilatları Amerika, İsrail və İngiltərənin nəzarəti altında idi və onlar burada böyük rol oynayırdılar.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »