NASA bu həftə sonu Yerin müvəqqəti olaraq "2024 PT5" adlı kiçik bir asteroidin orbitinə çıxacağını açıqlayıb.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, NASA alimlərinin fikrincə, Yerin bu həftə sonu mini "ikinci ayı" görünəcək.
Bu yeni ay əslində "2024 PT5" adlı kiçik bir asteroiddir. Planetin orbitinə müvəqqəti daxil olacaq "2024 PT5", təxminən iki ay müddətində Yerin cazibə qüvvəsində tutulacaq və nal formalı yolda hərəkət edəcək. Lakin bu müddətin sonunda o, Günəş ətrafında öz normal orbitinə qayıdacaq və planetdən uzaqlaşacaq.
"Universidad Complutense de Madrid" professoru Karlos de la Fuente Marcos bu müvəqqəti dövrün 29 sentyabr - 25 noyabr tarixləri arasında Yer ətrafında fırlanacağını bildirib.
Yalnız teleskoplarla müşahidə oluna bilər
Arjuna asteroid qurşağının bir hissəsi olan "2024 PT5" Yerdən təxminən 93 milyon mil məsafədə olan və orbitləri Yerin orbitlərinə çox oxşar olan kosmik qayaların kəmərində yerləşir. Markos bildirib ki, bu asteroid planetimiz üçün heç bir təhlükə yaratmır və saatda təxminən 2200 mil sürətlə hərəkət edəcək.
O, həmçinin əlavə edib ki, "2024 PT5" Yerdən təxminən 2,8 milyon mil uzaqda qalacaq ki, bu da Ay və Yer arasındakı məsafədən təxminən 12 dəfə çoxdur.
Bildirilib ki, asteroid kiçik olduğu üçün onu adi müşahidəçilər görə bilmir, onu yalnız peşəkar astronomların teleskopları ilə müşahidə etmək mümkündür. Oxşar mini-aylar keçmişdə Yer orbitinə daxil olublar; Məsələn, "2022 NX1" asteroidi 1981 və 2022-ci illərdə Yerin orbitində tapılıb.
Qadir, Bizimyol.info






