Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlqar Musayev: "Kiberhücumlar məlumatları manipulyasiya edə və demokratik təsisatlara inamı zədələyə bilər"
İlqar Musayev: "Kiberhücumlar məlumatları manipulyasiya edə və demokratik təsisatlara inamı zədələyə bilər"

Sentyabrın 25-də Bakıda keçirilən 1-ci beynəlxalq Kiberdiplomatiya konfransı keçirilib.

Bizimyol.info xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev konfransında çıxışı edib.

İlqar Musayev "Kibertəhlükəsizliyin yalnız texniki məsələ olmadığını, siyasi, iqtisadi və sosial ölçülərə də sahib olduğunu qəbul etməliyik", - deyə bildirib.

Xidmət rəisi qeyd edib ki, kiberhücumlar kritik infrastrukturların fəaliyyətini poza, məlumatları manipulyasiya edə və demokratik təsisatlara inamı zədələyə bilər.

“Bu baxımdan texniki tədbirlərlə yanaşı, məsələyə kompleks yanaşma tərtib etməliyik. Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün diplomatik səyləri, hüquqi çərçivələri və potensialı artırmaq təşəbbüslərinə diqqət yetirməliyik.

Bu gün tədbirdə hökumət nümayəndələri, diplomatlar, kibertəhlükəsizlik üzrə mütəxəssislər, beynəlxalq təşkilatların nümayəndələri, akademik dairələr və özəl sektorun nümayəndələri iştirak edirlər. Zəngin tərkibli konfrans iştirakçıların fikir və təcrübə mübadiləsi kibertəhlükəsizlik, kiberdiplomatiya sahəsində əhatəli və səmərəli olacaq”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »