Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Trampdan Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya əlavə yardım gözləmir
Avropa Trampdan Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya əlavə yardım gözləmir

Avropalı rəsmilər ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə və ya Kiyevə hərbi yardımı artırmaqla Moskvaya təzyiqi əhəmiyyətli dərəcədə gücləndirəcəyini gözləmirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin iki mənbəsinin sözlərinə görə, NATO sammiti çərçivəsində Türkiyənin paytaxtı Ankarada Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçiriləcək görüşün uğurlu nəticələnəcəyinə heç bir zəmanət yoxdur. Mənbələr bu ehtimalı ABŞ liderinin “dəyişkən mövqeyi” ilə əsaslandırıblar.

Daha əvvəl Tramp bildirmişdi ki, onun fikrincə, Ukraynadakı münaqişənin nizamlanmasında həm Moskva, həm də Kiyev maraqlıdır. O qeyd edib ki, bu məsələ iyulun 7-8-də Türkiyədə keçiriləcək NATO sammitində müzakirə olunacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »