Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Braziliya "WhatsApp"dan imtina etməyi planlaşdırır
Braziliya "WhatsApp"dan imtina etməyi planlaşdırır

Braziliya hakimiyyəti məlumat sızması təhlükəsi səbəbindən "Meta Corporation"a məxsus "WhatsApp" messencerindən istifadəni dayandırmaq istəyir.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli "Brasil247" portalı respublika hökuməti yanında Braziliyanın Sənaye İnkişafı Agentliyinin rəhbəri Rikardo Kapelliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölkə rəhbərliyi məlumat ötürülməsinin təhlükəsizliyini artırmaq və onun sızmasının qarşısını almaq məqsədilə yerli "İT" şirkətləri tərəfindən sosial şəbəkələrin və "WhatsApp"a oxşar ani messencerlərin inkişafı üçün tender elan edəcək. "Silahlı qüvvələrimiz artıq ölkəmizin strateji müdafiə şirkəti tərəfindən hazırlanmış öz mesajlaşma xidmətimizdən istifadə edir", - deyə o, "X" sosial şəbəkə hesabında yazıb.

Eyni zamanda, Kapelli qeyd edib ki, Braziliya hökuməti ölkədə messencerin işinə mane olmayacaq. “Həqiqətən kimsə Almaniya və ya Fransa hökumətinin "WhatsApp" vasitəsilə əlaqə saxladığını düşünürmü? Biz heç nəyi qadağan etmək istəmirik, biz sadəcə öz suverenliyimizi qoruyuruq”, - deyə o əlavə edib.

Avqustun 6-da Venesuela prezidenti Nikolas Maduro "WhatsApp"dan istifadəni dayandıracağına söz verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »