Kosmos, yaşadığımız Yerlə müqayisədə çox fərqli bir yerdir. Bu səbəbdən kosmonavtlar kosmos mühitində fərqli geyimlərə üstünlük verirlər. Bəs lazımi paltarları geyinmədən kosmosa getsək nə olar?
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, "spacesuits" ağlınıza belə gətirməyəcəyiniz xüsusiyyətlərlə təchiz olunub. Çünki kosmos elə bir mühitdir ki, orada yaşamaq asan deyil.
Görək bu paltarları geyinməyəndə nə ola bilər.
Kosmik geyim sizə nisbətən təhlükəsiz hərəkət etməyə imkan verir, çünki onun daxilində Yerə bənzər mühit yaradılır
Bu paltarlar bədəninizdəki mayeləri maye vəziyyətdə saxlamaq üçün hava təzyiqini təmin edir. İçəridəki təzyiq Yerdəki normal hava təzyiqindən xeyli aşağıdır, ona görə də kostyum şişmir. Mümkün qədər çevikdir.
Bundan əlavə, skafandrlar aşağı təzyiqə görə təmiz oksigen təmin edir. Yenə də həddindən artıq temperaturun öhdəsindən gəlmək üçün skafandrların əksəriyyəti müxtəlif parça təbəqələri ilə izolyasiya edilir.
Əslində kosmos narahatedici yerdir
Kosmik geyim geyinmədiyi halda insan oksigen çatışmazlığı səbəbindən 15 saniyə ərzində huşunu itirər. Hava təzyiqi az və ya heç olmadığı üçün qan və bədən mayensi çox isti olur və sonra tez donur.
Dəri, ürək və digər daxili orqanlar bədən mayelərinin istiləşməsi səbəbindən genişlənir. Həmçinin kosmosda canlı günəşdən yayılan kosmik şüalar və yüklü hissəciklər kimi müxtəlif növ radiasiyaya məruz qala bilər.
Bütün bunlara əlavə olaraq, kiçik toz, qaya hissəcikləri, yüksək sürətlə hərəkət edən peyklərin və ya kosmik gəmilərin orbitdəki zibilləri ilə toqquşa bilər. Xülasə, kosmosda skafandr geyinməyən biri üçün vəziyyətin fəlakət ssenarisindən heç bir fərqi olmayacaq.
Qadir, Bizimyol.info






