Yeni bir araşdırmaya görə, dünyada ən sürətlə artan əhalisi olan 100 yaş və yuxarı insanların sirri onların qanında ola bilər.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bəşər tarixinin əhəmiyyətli bir hissəsində uzun ömür sürməyin sirrini kəşf etməyə çalışan insanlar həmişə olub. Hətta Platon və Aristotel 2300 il əvvəl qocalma problemini həll etməyə çalışırdılar. Yeni araşdırmaya görə, 100 yaşı tamam olan insanların sirri onların qanındakı müxtəlif strukturlarla açıla bilər.
Tədqiqatçılar 100 yaşını keçmiş insanların biomarker profillərini və daha qısa müddət ərzində sağ qalan həmyaşıdlarının biomarker profillərini araşdırdılar. Daha sonra bu profillər arasındakı fərqləri aşkar etmək üçün topladıqları məlumatları müqayisə ediblər. Araşdırmada 44 min isveçli iştirakçının məlumatları araşdırılıb. Bu iştirakçılar 64-99 yaş arası insanlar arasından seçilib.
Qlükozanı kəsmək uzun ömrün sirri ola bilər
Tədqiqatda iştirakçıların sidik turşusu, xolesterol və qlükoza səviyyələri ölçülüb. Bundan əlavə, qaraciyər funksiyaları ilə əlaqəli olan orqanların aminotransferaza (ALAT), aspartat aminotransferaza (ASAT), albumin, qamma-qlutamil transferaza (GGT), qələvi fosfataz (ALP) və laktat dehidrogenaz (LD) kimi strukturlar da araşdırılıb.
Əldə edilən nəticələrə görə, 100-dən yuxarı yaşamaq üçün ilk şərt qanda qlükoza səviyyəsinin aşağı olmasıdır. Bundan əlavə, kreatinin və sidik turşusu səviyyəsi aşağı olmalıdır. Qalan dəyərlər baxımından, alat və albumin istisna olmaqla, iki qrup arasında heç bir fərq müşahidə edilməyib. Deməli, 100 il yaşamaq üçün bu xırda detallara fikir vermək lazımdır. Bundan əlavə, tədqiqat bu dəyərlərlə uzunömürlülük arasında birbaşa əlaqə yaratmayıb.
Araşdırma "GeroScience" jurnalında dərc olunub.
Qadir, Bizimyol.info






