Daxili İşlər Nazirliyi ölkədə xaos yaratmaq istəyənlərin və uşaqları öz təxribatları üçün istifadə etmək istəyənlərin tutularaq məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında açıqlama verilib.
Açıqlamada, "Kiber Cinayətlərlə Mübarizə Departamentimiz tərəfindən aparılan araşdırmalarda; Bildirilib ki, *"İsyan-Türkiyə"* ləqəbli sosial media hesabında "Sultanbəylidə üsyan başladacağıq" yazısı paylaşılıb.
Sosial media hesabı idarəçisinin 14 yaşlı uşaq olduğu təsbit edildiyi və Müvəqqəti Qoruma altında olan suriyalıların şəxsiyyət məlumatlarının eyni hesabdan paylaşıldığı bildirilib.
Saxlanılan uşaqla bağlı İstanbul Uşaq Şöbə Müdirliyi tərəfindən lazımi tədbir görüldüyü vurğulanıb. “Ölkəmizdə xaos yaratmaq istəyənləri və uşaqları öz təxribatları üçün istifadə etmək istəyənləri bir-bir tutaraq məsuliyyətə cəlb edəcəyik”, - deyə DİN-in mesajında bildirilir.
Məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparıldığı açıqlanıb.
Qadir, Bizimyol.info






