Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KTMT: Ermənistan təşkilatın fəaliyyətində faktiki olaraq iştirak etmir
KTMT: Ermənistan təşkilatın fəaliyyətində faktiki olaraq iştirak etmir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınin (KTMT) baş katibi Taalatbek Masadıkov bildirib ki, Ermənistan faktiki olaraq təşkilatın fəaliyyətində demək olar ki, iştirak etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə Taalatbek Masadıkov Rusiya mətbuatının sualını cavablandırarkən bildirib.

“Ermənistan artıq üçüncü ildir ki, üzvlük haqlarını ödəmir. De-fakto təşkilatın işində praktiki olaraq iştirak etmir, de-yure isə KTMT-nin tamhüquqlu üzvü olaraq qalır. Lakin qərar, əlbəttə ki, Ermənistan xalqı və rəhbərliyindən asılıdır”, – deyə o qeyd edib.

Masadıkov bildirib ki, KTMT-yə üzv ölkələr Ermənistanın təşkilatdakı vəziyyətini və üzvlük haqlarının ödənilməməsinə görə səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə edirlər.

“Bəli, bu məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda xarici işlər nazirləri şurasının iclası keçirildi və nazirlər həmin məsələni ətraflı şəkildə müzakirə etdilər”, – deyə KTMT baş katibi əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »