Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heqset: NATO müttəfiqlərinin ABŞ-a İranla münaqişədə dəstək verməməsi biabırçılıqdır
Heqset: NATO müttəfiqlərinin ABŞ-a İranla münaqişədə dəstək verməməsi biabırçılıqdır

ABŞ-ın NATO üzrə bir çox müttəfiqinin İranla münaqişədə Vaşinqtona yardım göstərməkdən imtina etməsi biabırçılıqdır və buna heç bir bəraət yoxdur.

Bizimyol.info xəbər verir ki, bu fikri Pentaqonun rəhbəri Pit Heqset səsləndirib.

O, NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə çıxışı zamanı bildirib ki, alyansdakı bir sıra dövlətlərin ABŞ-a dəstək verməkdən yayınması qəbuledilməzdir.

“Bizim müttəfiqlərimizin həddən artıq çoxu ya “yox” dedi, ya bizi mürəkkəb hüquqi mübahisələr içində boğmağa çalışdı, ya da özlərinin etməyə hazır olmadığı və ya bacarmadığı məsələlərə görə bizi açıq şəkildə tənqid etdi. Bu, biabırçılıq idi”, – deyə Heqset vurğulayıb.

Nazirin sözlərinə görə, bəzi ölkələrin ABŞ qoşunlarının daşınması və döyüş əməliyyatlarının aparılması üçün hərbi bazalara çıxış verməməsi amerikalı hərbçilərin həyatını təhlükə altına qoyub.

“Bunun heç bir bəraəti yoxdur”, – deyə Pentaqon rəhbəri əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »