Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalibafın mesajı: İran diplomatiyada “güc mövqeyi”ndən danışır
Qalibafın mesajı: İran diplomatiyada “güc mövqeyi”ndən danışır

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafnin son çıxışı Tehran hakimiyyətinin həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə vermək istədiyi əsas mesajı bir daha ortaya qoyub: İran danışıqlara zəif tərəf kimi deyil, “bolgədə güc nümayiş etdirmiş dövlət” kimi qatıldığını göstərməyə çalışır.

Bizimyol.info xəbər verir ki, Qalibafın açıqlamalarında diqqət çəkən əsas məqam nüvə danışıqlarının artıq əvvəlki illərdəki kimi yalnız diplomatik masa ətrafında müzakirə olunan texniki proses kimi təqdim edilməməsidir. İran rəsmisi mövcud vəziyyəti hərbi, iqtisadi və geosiyasi qarşıdurmanın davamı kimi xarakterizə edir. Onun fikrincə, ABŞ və İsrailin təzyiqlərinə baxmayaraq İran öz mövqeyini qorumağı bacarıb və bu da Tehranın danışıqlarda əlini gücləndirib.

İran tərəfi xüsusilə “addıma qarşı addım” prinsipini ön plana çıxarır. Bu yanaşma göstərir ki, Tehran qarşı tərəfdən real güzəştlər və öhdəliklərin icrasını görmədən birtərəfli addım atmaq niyyətində deyil. Qalibafın sözlərindən belə anlaşılır ki, İran rəhbərliyi əvvəlki razılaşmalardan əldə etdiyi təcrübəyə əsaslanaraq daha sərt və ehtiyatlı diplomatik xətt seçib.

Çıxışda regional məsələlər də xüsusi yer tutdu. Hizbullah və Livandakı müqavimət qüvvələrinə dəstək mesajları İranın bölgədəki təsir imkanlarını qorumaq niyyətindən xəbər verir. Eyni zamanda Hörmüz boğazının strateji əhəmiyyətinin vurğulanması Tehranın qlobal enerji təhlükəsizliyindəki rolunu ön plana çıxarmaq cəhdi kimi qiymətləndirilə bilər.

Bütün bunlar onu göstərir ki, İran diplomatiyanı hərbi və siyasi gücdən ayrı düşünmür. Tehran üçün danışıqlar masası yalnız kompromis platforması deyil, həm də regional və beynəlxalq güc balansının davam etdiyi başqa bir mübarizə meydanıdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »