Ermənistan və Türkiyə münasibətlərin normallaşmasına yönəlmiş kifayət qədər sağlam dialoq aparır.
Bizimyol.info xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşündə deyib.
“Biz Türkiyə ilə münasibətlərimizi tənzimləməyə, diplomatik əlaqələr qurmağa, sərhədləri açmağa tam hazırıq. Biz artıq əldə edilmiş razılaşmaları həyata keçirməyə hazırıq, Türkiyə ilə kifayət qədər sağlam dialoqumuz olub. Bu razılaşmaların yerlərdə həyata keçirilməsinin vaxtı çatıb. Ümidvarıq ki, Türkiyə hökuməti də işlərin sürətləndirilməsini istəyir”, - deyə Respublika Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Bundan əvvəl Ermənistan və Türkiyə sərhədləri üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açmaq barədə razılığa gəliblər.
Qadir, Bizimyol.info






