Dünən baş verən helikopter qəzasında İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin öldükləri barədə məlumat bu gün səhər təstiqlənib. O da məlum olub ki, qəzada sağ qalan olmayıb.
Bizimyol.info xəbər verir ki, "AA" indiyə qədər dünyada təyyarə qəzalarında sağ qalan liderlər barədə məlumatlar toplayaraq təqdim edib.
- 11 aprel 1955-ci ildə keçmiş Çin Baş naziri Çjou Enlay İndoneziyaya kirayə verdiyi "Air India" təyyarəsinə edilən hücumdan sağ çıxıb. Səyahət planlarını son anda xəbərdar edən Çjou son dəqiqə dəyişikliyi səbəbindən təyyarəyə minməyib. Digər tərəfdən, bombanın partlaması nəticəsində təyyarə Cənubi Çin dənizinə düşüb. Qəzada 11 sərnişin həyatını itirib, 3 nəfər sağ qalıb.
- 17 fevral 1959-cu ildə Türkiyənin 9-cu Baş naziri Adnan Menderes, Türkiyə, İngiltərə və Yunanıstan arasında razılaşdırılmış Kipr müqaviləsini imzalamaq üçün Londondakı Gatvick hava limanına 4,5 kilometr uzaqlıqda baş verən təyyarə qəzasından sağ çıxıb. Qəzada Anadolu Agentliyinin (AA) o vaxtkı baş direktoru Şərif Arzık da daxil olmaqla 14 nəfər həyatını itirib, ekipaj və sərnişinlər də daxil olmaqla 7 nəfər yaralanıb.
- 2 fevral 1977-ci ildə İordaniyanın keçmiş kraliçası Alia Toukan Tafila şəhərində helikopter qəzasında həlak olub. Tukanın əri Kral Hüseyn bin Talal qəzadan sağ çıxıb. İordaniyanın o vaxtkı səhiyyə naziri Məhəmməd Bauhir şiddətli yağış və fırtına nəticəsində baş verən qəzada həyatını itirib.
- 1994-cü ilin iyununda o zaman Uels şahzadəsi olan İngiltərə kralı III Çarlz güclü külək səbəbindən uçduğu təyyarəyə nəzarəti itirərək təyyarənin qəzaya uğramasına səbəb olmuşdu. Hadisə zamanı xəsarət alan olmasa da, 1 milyon dollardan çox ziyan dəyib.
Göründüyü kimi, bəzi şanslı lederlər təhlükəli qəzalardan xilas olmağı bacarıblar. Amma təyyarə qəzalarında, bir qayda olaraq, ölənlərin sayı xilas olnlardan dəfələrlə çox olur. Lakin, hələ də dünyanın ən sürətli nəqliyyatına ehtiyac və maraq digər vasitələrdən daha çoxdur.
Qadir, Bizimyol.info






