Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın bir paylaşımı Cənubi Qafqazla bağlı hansı mesajı verdi?

ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı ilə bağlı məqaləni "Truth Social" hesabında paylaşması beynəlxalq informasiya məkanında diqqət çəkən hadisə kimi qiymətləndirilir. Paylaşılan məqalədə İlham Əliyevin Trampı "sülh adamı" adlandırması və Ermənistan–Azərbaycan sülh prosesinə verdiyi dəstəyə görə ona təşəkkür etməsi ön plana çıxarılıb.

  • Bu addımın Azərbaycan–ABŞ münasibətləri və regiondakı diplomatik proseslər baxımından hansı mesajları verdiyini necə qiymətləndirmək olar?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı ilə bağlı məqaləni özünün "Truth Social" hesabında paylaşması təsadüfi addım deyil. Bu, Azərbaycanın irəli sürdüyü mesajların beynəlxalq informasiya məkanında diqqətlə izlənildiyini və Vaşinqtonda da maraq doğurduğunu göstərir. Prezident İlham Əliyevin Trampı "sülh adamı" kimi xarakterizə etməsi və Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində göstərilən dəstəyi yüksək qiymətləndirməsi dialoq və əməkdaşlıq mühitinin təşviqinə xidmət edən mühüm siyasi mesajdır.

“Bu paylaşım, eyni zamanda, Azərbaycan–ABŞ münasibətlərində qarşılıqlı maraq doğuran məsələlər üzrə konstruktiv əməkdaşlıq imkanlarının mövcud olduğunu nümayiş etdirir. Azərbaycan regionda davamlı sülhün və sabitliyin təmin edilməsində maraqlı tərəf kimi çıxış edir və beynəlxalq tərəfdaşların bu prosesə verdiyi dəstəyi müsbət qiymətləndirir. Trampın paylaşımı isə Cənubi Qafqazda baş verən proseslərin beynəlxalq siyasi gündəmdə yer aldığını və Azərbaycanın mövqeyinin daha geniş auditoriyaya çatdırıldığını göstərən mühüm siyasi siqnal kimi dəyərləndirilə bilər”, – deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »