Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni general azərbaycanlı sərhədçilər tərəfindən saxlanılıb - KİV
Erməni general azərbaycanlı sərhədçilər tərəfindən saxlanılıb - KİV

“General-leytenant Levon Mnatsakanyan bir müddət əvvəl Qarabağ bölgəsindən Ermənistana gedərkən keçid məntəqəsində azərbaycanlı sərhədçilər tərəfindən saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın "hraparak" saytı “Vətəndaş Şüuru” QHT-nin prezidenti Narek Samsonyan öz "Facebook" səhifəsində yazdığı məlumata əsasən xəbər verib.

"Daha bir general Azərbaycan sərhədçiləri tərəfindən sağlanılıb. Şübhə etmirəm ki, həm general Mnatsakanyan, həm də Ruben Vardanyan satqın rejimin birbaşa göstərişi və Azərbaycan tərəfi ilə razılaşdırılaraq ələ keçirilib", - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, Mnatsakanyan 2015-2018-ci illərdə ““Artsax”ın müdafiə naziri” olub.

Qeyd edək ki, məlumat rəsmi təsdiqlənməyib. Bu, müəllifin şəxsi mənbələri əsasında yazılmış yazıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »