"Qarabağ və Şərqi Zəngəzur regionlarına yaxın 3 ildə 140 min keçmiş məcburi köçkün qayıdacaq"
Bizimyol.info xəbər verir ki, bu məlumatı Prezident İlham Əliyev Şuşada Qlobal Media Forumda açıqlayıb. Ölkə başçısı bildirib ki, 30 yaşayış məntəqəsində təməllər qoyulub, Şuşada və başqa şəhərlərdə yaşayış binalarının və evlərin tikintisi gedir. İlin sonuna qədər çoxlu sayda insan öz evlərinə qayıdacaqlar.
"Biz çalışırıq, hər şey doğru-düzgün olsun, düzgün tenderlərlə həyata keçirilsin. Bu da zaman alır. Keçmiş məcburi köçkünlər də bizi anlayır və dözümlü yanaşır"-deyə prezident qeyd edib.
Prezident İlham Əliyev deyib ki, ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərin bərpasına sərf olunan vəsait 7 milyard ABŞ dollarına bərabərdir:
"Bu, hələ başlanğıcdır. Ümumilikdə 8 şəhərin və 100 kəndin bərpası nəzərdə tutulur. Yaxın 5 ildə bütün şəhər və qəsəbələrdə insanlar yaşayacaq"-deyə prezident bildirib.
Bizimyol.info






