Yaxın Şərq Universiteti tərəfindən Şimali Kiprdə açılan Azərbaycan Müstəqillik Gününə həsr olunmuş incəsənət sərgisi iki həftədə 20 min nəfər tərəfindən ziyarət edildi!
Yaxın Şərq Universiteti və Kipr Modern İncəsənət Muzeyi tərəfindən Azərbaycanın Müstəqilliyin 105-ci ildönümü münasibətilə təşkil edilən Azərbaycan Müstəqillik Günü Sərgisi, Şimali Kipr Türk Respublikasında (KKTC) böyük maraqla qarşılanmışdır.
KKTC Prezidenti Ersin Tatar, KKTC Milli Məclisinin Sədri Zorlu Töre, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti və KKTC Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi Sədri Orhan Həsənoğlu və bir çox qonaqlarla birlikdə Yaxın Şərq Universiteti Xəstəxanasının sərgi salonunda 26 Mayda açılan sərgi, 54 Azərbaycan sənətkarının əsərlərini sənətsevərlərlə tanış etdi.
2 həftə ərzində 20 min nəfər tərəfindən ziyarət edildi!
Sərgiyə böyük maraq göstərdiyinə görə 2 İyuna gədər elan edilən Azərbaycan Müstəqillik Günü Sərgisinin ziyarət müddəti uzadıldı və 2 həftə ərzində 20 min nəfər tərəfindən ziyarət edildi.
Sərginin təşkilatçısı olan Kipr Modern İncəsənət Muzeyi, 50 mindən çox incəsənət əsəri ilə yalnız Kiprın deyil, bölgənin ən böyük çağdaş incəsənət muzeyidir. Türk dünyası mədəniyyətini eyni məkanda bir araya gətirən Kipr Modern İncəsənət Muzeyi, 14 Türk cəmiyyətinin sənətkarlarının əsərlərindən ibarət zəngin kolleksiyada Azərbaycanlı sənətkarların imzasını daşıyan əsərlər vacib bir yer tutur.






