Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın və Azərbaycanın ərazisində yaşayan ermənilərin tək bir yolu var..."
"Ermənistanın və Azərbaycanın ərazisində yaşayan ermənilərin tək bir yolu var..."

2020-ci ilin noyabr ayında 44 günlük müharibədə Azərbaycan zəfər çaldıqdan sonra Ermənistanla sülh müqaviləsi imzalanması prosesinə başlanıldı. Təbii ki, 30 illik işğal, 30 illik mühatibə və 44 günlük zəfərdən sonra sülh müqaviləsi dərhal imzalana bilməzdi. Bunun üçün müxtəlif danışıqlar həyata keçirilməlidir. Hələ Azərbaycanın Rusiya və Qərb ölkələrinin marağında olduğu bir geostrateji mövqeyini də nəzərə alsaq, bu proses hələ davam edəcək. Qısacası bu il sülh müqaviləsinin imzalanması real görünmür.

Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun fikrincə, bu ilin sonuna qədər sülh sazişinin imzalanması prosesində indiki şərtlər daxilində bunu gözləməyə əsas verəcək elementlər çoxluq təşkil etmir.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

“Şarl Mişelin Kişinyovdakı görüşdən sonra səsləndirdiyi fikirlər o təsəvvürü yaradır ki, müzakirələr davam edəcək. Avropanın özünün də qeyri-müəyyən mövqeyi də göz önündədir. Kişinyovadakı müzakirələr və Avropanın yanaşması belədir ki, hələlik müzakirə olunacaq məsələlər ətrafında müzakirələr aparılır. Avropa bu prinsipə söykənir. Belə olan halda da sülh sazişinin imzalanacağı tarix uzanır”-deyə deputat əlavə edib.

Elşad Mirbəşiroğlunun fikrincə, Şarl Mişelin oktyabrın 5-də növbəti “beş tərəfli” görüş anonsu verməsi ona işarə edir ki, hələ bu il yekun sülh sazişi haqqında danışmaq tezdir. Mahiyyət etibarilə, Azərbaycan öz bütün məqsədlərinə çatıb.

“Ermənistanın və Azərbaycanın ərazisində yaşayan ermənilərin tək bir yolu var. Tək yol ondan ibarətdir ki, Azərbaycanın şərtlərini qəbul etsinlər. Ermənistan Azərbaycanın şərtləri əsasında sülh sazişinə imza atmaqdan başqa yola malik deyil. Azərbaycan ərazisində yaşayan ermənilər də Azərbaycanın vətəndaşları statusunda öz mövcudluqlarını davam etdirməkdən başqa yola malik deyillər. Bunu cənab prezident Laçın səfəri zamanı çox aydın mətinlə bir daha səsləndirdi”-deyən deputat vurğulayıb ki, ermənilərin hüquqları və təhlükəsizlikləri məsələsi pasportstollardan keçir. Onlar Azərbaycan konstitusiyası və qanunları əsasında öz mövcudluqlarını Azərbaycan ərazisində davam etdirə bilərlər. Başqa bir yol yoxdur. Və bunu da hesab edirəm ki bütün dünya qəbul etməkdədir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »