Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qızı Leyla 1 yaşında idi, atasının ayaqlarına dolaşıb saxlamaq istəyirdi"
"Qızı Leyla 1 yaşında idi, atasının ayaqlarına dolaşıb saxlamaq istəyirdi"

20 Yanvar Azərbaycanda matəm günü kimi qeyd olunur. Qanlı yanvar kimi tarixdə iz qoyan bu günü vətəndaşlar Şəhidlər xiyabanına gəlib, şəhidləri ziyarət edir. Faciənin 32-ci ilində Bizimyol.info 20 Yanvar şəhidlərindən Məmməd Məmmədovu tanıdacaq, xatırladacaq.

20 Yanvar günü şəhidlik zirvəsinə ucalan Məmməd Məmmədov avtobus sürücüsü idi. 1990-cı ilin yanvarın 19-da həyat yoldaşı Afaq xanımın doğum günü münasibətilə ona qərənfillər hədiyyə edib, axşam saatlarında işə çıxıb. Həmin tarixdə qızı Leyla Məmmədova hələ 1 yaşında idi. Atasının ayaqlarına dolaşıb saxlamaq istəyirdi. Atası qızına söz verdi ki, bu gün işə çıxıb, 3 gün evdə onunla qalacaq. Həmin gecə şəhid olacağını kim bilərdi ki?...

Yanvarın 19-u gecə saatlarında Bakıda atışmalar başladı. Məmmədin sürdüyü avtobus İçərişəhər istiqamətinə doğru irəliləyirdi...

Daha ətraflı Məmmədovlar ailəsiylə hazırladığımız videoreportajdan izləyə bilərsiniz:

Samirə Əli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »