Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 29 oktyabr - Respublika Günü münasibəti ilə paylaşım edib.
Bizimyol.info xəbər verir ki, nazir rəsmi tviter səhifəsində:
"Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik", - deyə qeyd edib.
Bu gün #Türkiyə ??Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik.
İstiqlal mücadiləsində canından keçmiş bütün Şəhidlərimizi dərin ehtiramla yad edirik.#BirMilletİkiDevlet pic.twitter.com/KsjhZaYChZ
— Jeyhun Bayramov (@bayramov_jeyhun) October 29, 2021






