SSRİ kinematoqrafiyasında gözəlliyi ilə xüsusi seçilən qadınlardan heç biri daha gənc deyil.
Görəsən, indi necə görünürlər? Bizimyol.info çox fərqlənənlər haqda məlumat verir.
Anastasiya Vertinskaya – “Amfibiya adam” filmini xatırlayırsınız? Quttiere Baltazar obrazına iki göz istəyirdi tamaşa etsin.
Anastasiya VertinskayaVertinskaya rolunun öhdəsindən çox yaxşı gəlmişdi. İndi həmin gözəlin 75 yaşı var. Son 18 ildə heç bir filmə çəkilməyib.
Anastasiya VertinskayaLyudmila Çursina – Orta məktəbi qzıl medalla bitirmişdi. Rəfiqəsi onu yoldan çıxarmasaydı, elm arxasınca gedəcəkdi. Amma teatrı seçdi. Çursinanı indi də teatr səhnələrində görmək mümkündür.
Lyudmila ÇursinaMarqarita Terexova – Sovet kinosunun dahisi Andrey Tarkovskinin sevimli aktrisası idi. Baxışlarında nəsə sirli bir şey var. Ümumi obrazından həmişə müdriklik yağıb. Amma gözəlliyi də müdrikliyin kölgəsində qalmayıb. İndi sağlamlığı əl vermir, az qala ölümdən dönüb qayıdır.
Marqarita TerexovaSvetlana Svetliçnaya – “Brilyant əl” filmindəki sarışın gözəli kim unudar?
Svetlana SvetliçnayaOnun gözəlliyi sovet kinosu üçün çox ekzotik sayılırdı. Sizə qəribə görünəcək, amma Svetlana “Baharın 17 anı” filmində də çəkilib.
Svetlana SvetliçnayaTatyana Vedeneyeva – O, sovet kinosu həvəskarlarının yaddaşında daha çox “Salam, mən sizin xalanızam” filmindəki rolu ilə qalıb.
Tatyana VedeneyevaAmma Tatyana Vedeneyevanı “Spokoynoy noçi, malışi” proqramında aparıcılıq xüsusi məşhurlaşdırmışdı. Onun gözəlliyində həm də bir mərhəmət çaları gizlənir.
Tatyana VedeneyevaBu aktrisaların hər biri indi yaşayır. Əlbəttə, yaş öz sözünü deyib. Amma onları indi də əminliklə gözəl adlandırmaq olar.






