“TC Candler” portalı hər il dünyanın ən xoş 100 qadın və kişi simasını müəyyənləşdirməyə çalışır.
Bunun üçün sorğu keçirlir, ortaya konkret nəticə çıxır. Bizimyol.info sizə kişilərin ən çox bəyəndiyi, səs verdiyi 15 qızın adlarını təqdim edir.
1 – Çjou Tszıyuy. 20 yaşlı tayvanlı qız keçən ilin ən gözəl qadın siması adlandırılıb. Cənubi Koreyanın “Twice” musiqi qrupunun ən gənc üzvüdür.
Çjou Tszıyuy2 – Yael Şelbia. İsraildə dindar ailədə doğulub. Çox gözəl sifət cizgiləri var. Model biznesində özündən söz etdirməyi bacarıb.
Yael Şelbia3 – Lalisa Manoban. “BLACKPINK” musiqi qrupunun solistidir. Reklamlara çəkilir, xeyriyyəçiliklə məşğul olur.
Lalisa Manoban4 – Tilan Blondo. 4 yaşından podiumlarda görünməyə başlayıb. İndi 18 yaşı var. “Lacoste”nin, “Hugo Boss”un məhsullarını nümayiş etdirir.
Tilan Blondo5 – Naomi Skott. Müğənni və aktrisa Böyük Britaniyada doğulub. Kinosənayedə özünə yer etməyi bacarıb. Ardıcıl filmlərə çəkilir.
Naomi Skott6 – Adriana Mişel. Amerikalı qız model karyerasına cəmi üç il əvvəl başlayıb. İndi xeyli reklamlara çəkilir, brend məhsulları nümayiş etdirir.
Adriana Mişel7 – Nan (İm Çjin A). Daha bir cənubikoreyalı. Musiqidən başqa, model, aktrisa və vizajist kimi tanınıb.
Nan (İm Çjin A)8 – Emili Nerenq. Bir Norveç gözəli. Musiqi ilə ciddi maraqlansa da, internetdə məşhurlaşıb. “Instagram” səhifəsində, “Youtube” kanalında düzgün qidalanma haqqında danışır.
Emili Nerenq9 – Meyka Vullard. 15 gözəl arasında ən cavanıdır. Cəmi 15 yaşı var. Model biznesində ona çox ehtiyac duyurlar.
Meyka Vullard10 – Liza Soberano. Müxtəlif seriallarda, filmlərdə çəkilir. İki il əvvəl Filippinin 1 nömrəli qadını seçilmişdi.
Liza Soberano11 – Sonya Ben Ammar. Fransada kinoprodüser və aktrisa ailəsində doğulub. Erkən yaşlarından teatr səhnələrində görünüb. Onu fransız filmlərində də görmək mümkündür.
Sonya Ben Ammar12 – Oktyabrina Maksimova. Qəribə adlı bu qız Rusiyada doğulub. Sankt-Peterburq hüquq təhsili alır.
Oktyabrina Maksimova13 – Nensi Couel Makdoni. Yarıamerikalı, yarıkoreyalı siması var. “Momoland” pop-qrupunun üzvüdür.
Nensi Couel Makdoni14 – Cozi Leyn. 18 yaşlı qız da model biznesindədir.
Cozi Leyn15 – Yua (Yu Şi-a). Cənubi Koreyada doğulub. “Oh My Girl” qrupunun həm vokalçısıdır, həm də rəqqası.
Yua (Yu Şi-a)





