Planetdə 200-ə qədər müstəqil dövlət var. Dünya o qədər geniş məfhuma çevrilib ki, insan daha doğulduğu yerdə yaşamağa məcbur deyil.
Bizimyol.info xəbər verir ki, bir çox adalar, dövlətlər gəlib yaşayan əcnəbilərə üstündə pul verməyə hazırdır. Nə qədər qəribə səslənsə də, bunun mümkünlüyünə əmin ola bilərsiniz.
Asturiya, İspaniya / Foto: Pixabay.comİspaniyanın Asturiya vilayətinin bir neçə kəndində belə şərait yaradırlar. Qədim yaşayış məskənində əhali dayanmadan azalır. Yerli icra orqanları boşluğu gəlmələrin hesabına doldurmaq qərarına gəlib. Hər yeni sakinə 3 min avro verilir. Üstəlik, hər uşaq da 3 min avro deməkdir.
İtaliyanın Savona vilayətindəki Bormida kəndində də yaxşı təkliflər var. Gəlmələrə 2 min avro verilir. Evlərin aylıq kirayəsi 120 avronu keçmir. Deməli, azı bir il burada rahat yaşaya bilərsiniz. Sadəcə, ciddi iş problemi var.
Misima, Yaponiya / Foto: Pixabay.comYaponiyada Misima adlanan kənddə cəmi 400 nəfər yaşayır. Burada yeni sakinə 840 dollar verirlər. İlk 3 il ərzində hər ay yenə müavinət almaq mümkündür. Camaatın yeganə məşğuliyyəti kənd təsərrüfatıdır.
ABŞ-ın Miçiqan ştatında daimi yaşamaq istəyənlərə uyğun şərait yaradılır. Məsələnin pul tərəfi maraqlıdırsa, hər yeni sakinə 2500 dollar verilir. Yerli ictra orqanları əlindən gələni edir ki, buradan getməyəsiniz.
Saskaçevan, Kanada / Foto: Pixabay.comKanadadakı Saskaçevan vilayətində də əcnəbilərin yolunu gözləyirlər. Birdəfəlik müavinətin məbləği 2 min Kanada dollarıdır. Amma azı 7 il burada yaşamalısınız.
Matsayker adasıMatsayker adasını görsəniz, oranı heç vaxt tərk etmək istəməyəcəksiniz. Təbiətin füsunkarlığı insanı özünə çəkir. Kiçik işlər var. Müəyyən məbləğdə pul da verirlər.
Pikern adalarıPitkern adasında cəmi 50 nəfər yaşayır. Quru ərazilərə çox uzaqdır deyə, hamı yaşamağa cəsarət etmir. Təsəvvür edin, adada ərzaq mağazası həftədə cəmi üç gün açıq olur. Meqapolislərin səs-küyündən yorulanlar üçün ideal yerdir.






