Salvador prezidenti Nayib Bukele BMT Baş Assambleyasının tribunasına qalxıb çıxışına başlamazdan öncə selfi çəkib.
Bizimyol.info xəbər verir ki, şəkli çəkdikdən sonra dövlət başçısı onu sosial şəbəkəyə yerləşdirib və üzünü iştirakçılara tutub:
“Mən bütün dünyaya harda olduğumu bildirmək istəyirəm. BMT Baş Assambleyasının formatı artıq qocalıb, dövr internet dövrüdür. Sosial şəbəkələrdəki foto və videolar daha çox təsir gücünə malikdirlər. Qlobal şəbəkədən BMT-nin nüfuzunu artırmaq üçün istifadə etmək lazımdır”,- deyə o bildirib.






