Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almanların 75 faizi kansler Fridrix Merzin fəaliyyətindən narazıdır
Almanların 75 faizi kansler Fridrix Merzin fəaliyyətindən narazıdır

Almaniyada keçirilən ictimai rəy sorğusuna əsasən, ölkə sakinlərinin əksəriyyəti kansler Fridrix Merzin və federal hökumətin fəaliyyətindən narazıdır.

Bizimyol.info xəbər verir ki, INSA sosioloji institutunun "Bild am Sonntag" qəzeti üçün keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 75 faizi Merzin fəaliyyətini mənfi qiymətləndirib. Bu göstərici əvvəlki sorğu ilə müqayisədə 1 faiz bəndi artıb. Yalnız 18 faiz iştirakçı kanslerin fəaliyyətindən razı olduğunu bildirib, 7 faiz isə suala cavab verməkdə çətinlik çəkib.

Sorğuya əsasən, federal hökumətin fəaliyyətini müsbət qiymətləndirənlərin payı 19 faiz təşkil edib ki, bu da əvvəlki nəticədən 2 faiz bəndi çoxdur. Bununla belə, respondentlərin 74 faizi hakim koalisiyanın fəaliyyətindən narazı olduğunu deyib.

Araşdırma iyulun 23–24-də 1003 nəfər arasında aparılıb.

Xatırladaq ki, iyulun 24-də Fridrix Merz hökumətdə ilk kadr dəyişikliklərini elan edib və yaxın vaxtlarda əlavə təyinatların da olacağını bildirib. Dəyişikliklər XDS/XSS fraksiyasının Bundestaqdakı sədri Yens Şpanın istefasından sonra həyata keçirilib.

Yeni qərara əsasən, Federal Kansler Aparatının rəhbəri Torsten Fray Bundestaqda XDS/XSS fraksiyasına rəhbərlik edəcək. Onun yerinə səhiyyə naziri Nina Varken təyin olunacaq, Səhiyyə Nazirliyinə isə XDS-in baş katibi Karsten Linnemann rəhbərlik edəcək. Həmçinin Filip Amtorun Kansler Aparatında federal mərkəzlə ərazilərlə əlaqələr üzrə dövlət naziri vəzifəsinə gətirilməsi planlaşdırılır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »